
"Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışı təmin edilməlidir"

Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz qayıdışı təmin edilməlidir.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında bildirib.
"Digər bir mühüm məsələ isə münaqişənin ilk illərində Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir. Onlar beynəlxalq insan hüquqları hüququnun açıq-aşkar pozulması ilə öz ata-baba yurdlarından məhrum qalıblar. Bir vaxtlar Ermənistanda ən böyük milli azlığı təşkil edən Qərbi Azərbaycan İcmasının onların dinc qayıdışının asanlaşdırmaqla bağlı dialoqa başlamaq çağırışlarına yenə də məhəl qoyulmur və bu səylər Ermənistan hökuməti tərəfindən Azərbaycanın ərazi iddiası kimi qəsdən yanlış şərh edilir. Bu, BMT-nin müvafiq mexanizmləri tərəfindən lazımi qaydada nəzərdən keçirilməli olan bizi narahat edən məsələdir", - XİN rəhbərinin müavini vurğulayıb.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Qərbi Azərbaycana qayıdış mövzusunda ictimai dinlə...
Azəri Xəbər
Qərbi Azərbaycan Xronikası: Ermənilər niyə sərhəd...
Azəri Xəbər
Qərbi Azərbaycan Xronikası: "Sevan" gölü tezliklə...
Azəri Xəbər

XİN-dən İran səfirinin iddialarına CAVAB
Bugun.az

Daşbulaq kəndinə növbəti köç karvanı yola salınıdı
Bugun.az

Ermənistan azərbaycanlıların geri qayıtmasının qaç...
Azəri Xəbər


