
Qərbi Azərbaycan Xronikası: Ermənilər niyə sərhəd kəndlərini tərk edir?
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan növbəti analitik süjetdə ermənilərin sərhəd kəndlərini niyə tərk etməsi iddiası müzakirə olunur. Süjetdə Qərbi Azərbaycanın Dərəlyəz bölgəsində azərbaycanlıların məskunlaşmasına hazırlıq işlərinin aparıldığı barədə yayılan iddialar əsas yer tutur. Bu iddia erməni jurnalist Sevak Akopyan tərəfindən "Yerevan today" saytında irəli sürülüb. Jurnalist yazır ki, hakimiyyət Dərələyəz (Vayots Dzor) bölgəsinin Kotanlı (Karmraşen) kəndində məktəbi bağlamaq qərarına gəlib. Bu hadisə sərhəd bölgələrinin sürətlə boşaldığını göstərir. Sakinlər bu prosesin baş verməsinin məqsədini ermənilərin ərazilərdən çıxarılması və azərbaycanlıların burada yaşaması ilə əlaqələndirirlər.
Akopyanın məlumatına görə, baş verənlər azərbaycanlıların öz doğma yurdlarına qayıdışına hazırlıq kimi qəbul edilir. Kəndlərdə tez-tez azərbaycanlıların qayıdışından danışılır. Sakinlər deyirlər ki, sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlılar boş qalan kəndlərə geri dönəcəklər. Onlar düşünürlər ki, bu prosesin əsas hədəfi ermənilərin ərazidən uzaqlaşması və azərbaycanlıların bu bölgələrdə məskunlaşmasıdır. Bu, sadəcə yerli söhbət deyil, bölgələrdən kütləvi köç də müşahidə olunur.
Ermənistan sülh danışıqlarından əldə etdiyi nəticələrə söykənərək Qərbi Azərbaycana qayıdış məsələsini arxa fona keçirməyə çalışsa da, rəsmi Bakının gündəliyi dəyişməz qalır. Azərbaycanın əsas gözləntisi budur ki, yekun sülh sazişi imzalanandan sonra azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtması təmin ediləcək. İlk qayıdış mərhələsinin sərhədyanı əraziləri – Qərbi Zəngəzur, Dərəlyəz və Göyçə istiqamətlərini əhatə etməsi mümkündür. Buna görə də, ermənilərin adı çəkilən bölgələrdən kütləvi şəkildə köçməsi hadisəsi diqqət çəkir. Görünür, ermənilər də azərbaycanlıların qayıdışına hazırlığın getdiyini anladıqları üçün bölgədən gedirlər.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Qərbi Azərbaycan Xronikası: Bayburd, Bəydağ, Bayda...
Azəri Xəbər
Qərbi Azərbaycan Xronikası: Qaraçılarla ermənilər...
Azəri Xəbər
Qərbi Azərbaycan Xronikası: Hansı ərazilər Azərbay...
Azəri Xəbər

Ermənistan azərbaycanlıların geri qayıtmasının qaç...
Azəri Xəbər
Qərbi Azərbaycan Xronikası: Tarixi abidələr sübut...
Azəri Xəbər

Qərbi Azərbaycan Xronikası: 1937-ci il repressiyal...
Azəri Xəbər



