🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Fənərbaxça" əfsanə heyət qurur - Mourinyonun istədiyi futbolçular bilindi

01.05.2025 15:25 4 baxış sayı 2 dəq. oxuma
"Fənərbaxça" əfsanə heyət qurur - Mourinyonun istədiyi futbolçular bilindi

"Fənərbaxça"nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo "Liverpul"un ulduz futbolçusunun transfer olunmasını istəyir.

Metbuat.az xəbər verir ki, Mourinyo Chiesanın heyətə cəlb edilməsini istəyir. Məlumata görə, “Yuventus”dan 12 milyon avroya “Liverpul”a transfer olan futbolçu zədələr səbəbilə uğurlu oyun nümayiş etdirə bilməyib. “Liverpul” klubda 4 dəfə forma geyinə futbolçu üçün 10 milyon avro tələb edir. Bildirilir ki, “Liverpul”dakı uğursuzluğa baxmayaraq, Mourinyo futbolçunun istedadına etimad edir.

Qeyd edək ki, mövsümün sonunda bir sıra futbolçuların "Fənərbaxça"dan göndəriləcəyi əvəzində yeni ulduz oyunçular transfer ediləcəyi irəli sürülür. Klub, PSJ-dən icarə əsasında heyətə cəlb etdiyi Milan Skrinyarın transferi üçün danışıqlar aparır. Həmçinin, "Fənərbaxça"nın "Lyon"un qapıçısı Lukas Perri üçün hərəkətə keçdiyi iddia edilir. Məlumata görə, "Fənərbaxça" mövsümün sonunda "Bavariya"dan ayrılacaq Mülleri də transfer etmək istəyir.

Paylaş: