Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Mourinyonun yerinə gələcək məşqçi məlum oldu - İddia

20.05.2025 15:25 90 baxış sayı 1 dəq. oxuma Metbuat
Mourinyonun yerinə gələcək məşqçi məlum oldu - İddia

“Fənərbaxça”nın məşqçisi Joze Mourinyonun istefası ilə bağlı müzakirələr davam edir.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyi Mourinyo ilə davam etmək istəsə də, etirazları nəzərə alaraq, onun istefaya göndərilməsini də nəzərdən keçirir. İddialara görə, "Fənərbaxça" Joze Mourinyonun yerinə ən güclü məşqçi namizədini müəyyənləşdirib. “Sabah” qəzetində dərc edilən xəbərə görə, Mourinyonu əvəzləyəcək əsas namizədi Vinçenzo Montelladır. Hazırda Türkiyə millisini çalışdıran Montellanın "Qalatasaray"ın çempionluq matçına deyil, "Fənərbaxça" - "Eyüpspor" matçına getməyə üstünlük verməsi diqqət çəkib.

Qeyd edək ki, Joze Mourinyonun “Fənərbaxça” ilə müqaviləsi gələn mövsümün sonunda yekunlaşır.

A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: