Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Fənərbaxça" türk məşqçi ilə razılığa gəldi

02.06.2025 08:25 67 baxış sayı 1 dəq. oxuma Metbuat
"Fənərbaxça" türk məşqçi ilə razılığa gəldi

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonun köməkçiləri istefaya göndəriləndən sonra klub yeni mütəxəssislərin transferi üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, klub rəhbərliyi Mourinyonun köməkçisi vəzifəsinə türk məşqçi gətirmək üzrədir. Türkiyə mediasının məlumatına görə, klubda dəyişiliklər edən rəhbərlik Mourinyonun köməçisi vəzifəsi üçün Gökhan Gönüllə anlaşıb. Gökhan Gönül bundan əvvəl gənclərdən ibarət millidə çalışıb. Gökhan Gönüldən başqa yerli məşqçi gətirmək istəyən rəyhbərliyin klubun keçmiş futbolçularından Tuncay Şanlı ilə danışıqlar apardığı iddia edilib.

Qeyd edək ki, Joze Mourinyo köməkçiləri Salvatore Foti, Covanni Cerra, Stefano Rapetti və Luka Fatiqa yollarını ayırıb. Daha sonra idman direktoru Mario Branko istefaya göndərilib, Okan Özkan isə Brankonun yerinə idman direktoru təyin edilib.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: