
"Fənərbaxça" iki ulduz futbolçunu istəyir - Böyük transfer

“Fənərbaxça” iki futbolçunun xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, “Arsenal”da çıxış edən Tomas Partey menecerlər tərəfindən “Fənərbaxça”ya təklif edilib. Bildirilir ki, futbolçunun “Arsenal”la müqaviləsi yekunlaşmaq üzrədir. ESPN-də dərc edilən xəbərə görə, qanalı yarımmüdafiəçi komandadan ayrılmaq qərarına gəlib. Futbolçu ötən mövsüm “Arsenal”ın heyətində 45 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə çıxış edib. Məlumata görə, “Fənərbaxça” həmçinin “Əl-Nəssr” klubunun futbolçusu Con Duranın xidmətində maraqlıdır. Futbolçu “Əl-Nəssr”dəki münasibətdən razı deyil və futbolçunun klubdan ayrılmaq istədiyi irəli sürülür.
Avropada oynamaq istəyən Duranı “Fənərbaxça” ilə yanaşı, İngiltərənin “Vest Hem Yunayted”, “Fulhem”, “Volves” və İtaliyanın “Napoli” klubu da transfer etmək istəyir.
Oxşar xəbərlər

Mourinyonun gətirdiyi ulduz futbolçu gedir - Sərv...
Bugun.az

Ulduz futbolçu “Fənərbaxça”ya gəlmək üçün sərvət i...
Bugun.az

"Fənərbaxça" əfsanə heyət qurur - Mourinyonun istə...
Bugun.az

Mourinyo "Real"ın ulduzunu “Fənərbaxça”ya gəlməyə...
Bugun.az

Mourinyonun istədiyi dünya ulduzunun adı bəlli old...
Bugun.az

"Real" məşhur futbolçunu transfer etmək istəyir
Bugun.az