![Bugun.az](https://sonxeberler.com/storage/thumbs/channels/2024/10/GrkhqcYtUJBJGlCpkHx3.jpg)
FHN bu şəxslərə müraciət etdi
![FHN bu şəxslərə müraciət etdi](https://metbuat.az/images/metbuat/images_t/1518125.jpg)
Fövqəladə Hallar Nazirliyi (FHN) şadlıq sarayı və restoran sahiblərinə müraciət edib.
Metbuat.az xəbər verir ki, müraciətdə bir sıra fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyinə əməl etmədiyi və sonda ağır fəsadlarla nəticələnən hadisələr baş verdiyi bildirilib.
Məlumata görə, pirotexniki vasitələrdən istifadənin qanunla qadağan edilməsi və yaratdığı təhlükə ilə əlaqədar dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi şadlıq sarayı və restoranlar tərəfindən bu vasitələrdən istifadəyə, o cümlədən yanğın təhlükəli effekt yaradan səhnələrin təqdimatına şərait yaradılır ki, nəticədə acı fəsadlar ortaya çıxır.
"Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha şadlıq sarayı, restoran və digər iaşə obyektlərinin sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyin vacibliyini, xüsusilə pirotexniki vasitələrdən istifadənin qanunla qadağan olunduğunu xatırladır və bu sahədə pozuntuya yol verən obyektlər barəsində qanunun imkan verdiyi ən sərt tədbirlərin görüləcəyini bildirir", - müraciətdə bildirilib.
Oxşar xəbərlər
![](https://sonxeberler.com/storage/thumbs/https://metbuat.az/images/metbuat/images_t/1516388.jpg)
Bayram günlərində 40 nəfər zəhərlənib - KTM
Bugun.az
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/11/tZvwUki1rKklIlWtWFDO.jpg)
İşləmədiyinə görə, kimlərə pul verilir?
Xəbər Anı
![](https://sonxeberler.com/storage/thumbs/defaults/news.jpg)
Netanyahu İran Xalqına Müraciət Etdi: Bu Müharibən...
Son Xeberler
![](https://sonxeberler.com/storage/thumbs/defaults/news.jpg)
İran üzərindən uçuşlar dayandırıldı, təyyarələr Ba...
Son Xeberler
![](https://sonxeberler.com/storage/thumbs/news/2024/11/vzea5GyHAlx2Z6X19hT7.jpg)
Təqaüdlü proqramlaşdırma tədrisi - seçilən 100 nəf...
Edumap.az Təhsil Portalı
![](https://sonxeberler.com/storage/thumbs/defaults/news.jpg)
DYP əhaliyə müraciət etdi
Bugun.az