Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

​Fransa hökumətinə qarşı etimadsızlıq irəli sürüldü

10.02.2025 23:25 121 baxış sayı 1 dəq. oxuma Metbuat
​Fransa hökumətinə qarşı etimadsızlıq irəli sürüldü

Fransada müxalifət baş nazir Fransua Bayru hökumətinə qarşı etimadsızlıq təklifi irəli sürüb.

Metbuat.az xəbər verir ki, təklif ifrat solçu “Əyilməz Fransa” partiyası tərəfindən irəli sürülüb. Parlamentdə müxalifət partiyasının Nazirlər Kabinetinə qarşı təqdim etdiyi etimadsızlıq təklifi müzakirə edilib. Parlamentdə keçirilən səsvermədə 115 deputatın dəstəyini alan təklif lazımi qədər səs toplamadığı üçün rədd edilib. Təklif “Əyilməz Fransa”, “Yaşıllar” partiyası və “Fransa Kommunist” partiyası tərəfindən dəstəklənsə də, ifrat sağçı “Milli Ralli” və “Sosialist” partiyası tərəfindən dəstəklənməyib.

Qeyd edək ki, fikir ayrılığına səbəb tibbi sığorta qanun layihəsinin gəlirləri ilə bağlı olub. Baş nazir Fransua Bayru konstitusiya səlahiyyətindən istifadə edərək qanunu Parlamentdə səsvermə olmadan qəbul edib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: