🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Müxalifət Makrona qarşı impiçment başlada bilər

26.08.2025 18:25 1 baxış sayı 1 dəq. oxuma
Müxalifət Makrona qarşı impiçment başlada bilər

Fransa müxalifəti Baş nazir Fransua Bayrou hökumətinin Milli Assambleyada etimad səsverməsindən keçməyəcəyi təqdirdə Prezident Emmanuel Makrona qarşı impiçment proseduruna başlayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Əyilməz Fransa” partiyasının lideri Jean-Luc Melençon açıqlama verib. Hökuməti devirməyə səs verəcəklərini bəyan edən Melençon bəyan edib ki, Bayrou hökuməti etimad səsverməsini qazana bilməsə Makron da vəzifədən getməlidir. Melençon, "Biz bu hökumətə güzəştə gedə bilmərik və cənab Makronun üçüncü dəfə eyni siyasətləri davam etdirəcək baş nazir təyin etməsinə mane olmalıyıq. Ona görə də impiçment həyata keçirilməlidir” - deyə bildirib. Melençon Makronun ölkədə xaosa səbəb olduğunu irəli sürüb.

Qeyd edək ki, müxalif siyasətçiləri büdcə planı ilə bağlı hakimiyyətə etirazlar ediblər.

Paylaş: