
Hərbi hissələrdə Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirildi - FOTO

Hərbi hissələrdə 2 Fevral - Gənclər Günü ilə bağlı birgə tədbirlər keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz və unudulmaz xatirələri yad edilib.
Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətə çatdırılıb.
Sonra çıxışçılar Ümummilli Liderin təməlini qoyduğu və hazırda uğurla davam etdirilən dövlət gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərimizə verdiyi dəyərdən, Birinci vitse-prezident Mehriban xanımın göstərdiyi dəstəkdən danışıblar.
Daha sonra hərbçilər qarşısında hüquqi maarifləndirici mühazirələr oxunub, onların qayğı və problemləri ilə maraqlanılıb.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurl...
Azəri Xəbər

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyü...
Bugun.az

Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş “Zəfər 5...
Azəri Xəbər

Zəfər günü ilə bağlı Şuşa şəhər 1 saylı tam orta m...
Azəri Xəbər

Laçında Zəfər Günü ilə bağlı silsilə tədbirlər təş...
Azəri Xəbər

Prezident Bayraq Günü ilə bağlı paylaşım etdi
Bugun.az


