
İkardi tərəfdarın gözündən düşüb - Kitabı bağlanır

Ulduz futbolçu Mauro İkardinin son davranışları "Qalatasaray" tərəfdarlarının səbrini tükədib. Dekabrın 1-də "Fənərbaxça" ilə oynanılan dərbi matçının 89-cu dəqiqəsində meydana daxil olan İkardinin bu hərəkəti azarkeşləri hiddətləndirib. Türkiyə mediasına istinadən bildirilir ki, son həftələrdə baş verən hadisələr argentinalı hücumçunun klubdan ayrılmasını qaçınılmaz edir.
Yerli media iddia edir ki, "Fənərbaxça" ilə görüş klub rəhbərliyi və tərəfdarlar üçün "bardağı daşıran son damla" olub. Görünür, İkardinin "Qalatasaray"dakı dövrü başa çatır. "Qalatasaray" rəhbərliyi artıq argentinalı hücumçunun yerinə yeni futbolçu axtarışlarına başlayıb. İkardi bu mövsüm klubun ondan gözləntilərini doğrultmur. 32 yaşlı futbolçu "Kocaelispor" və "Yunion" kimi komandalarla keçirilən matçlarda yaxşı mənada özünü göstərə bilməyib.
Klub rəhbərliyi yanvar ayında hücum xətti də daxil olmaqla, dörd mövqeni gücləndirməyi planlaşdırır. Yeni tapılacaq hücumçunun qarşısında xüsusi tələblər qoyulur. Rəhbərlik düşünür ki, yeni forvard komandaya fayda verməklə yanaşı, həm də zəruri hallarda ehtiyat oyunçular skamyasında oturmağa hazır olmalıdır. Bu şərt, İkardinin məsələsində yaranan intizam problemlərinə görə klubun ciddi addım atdığını göstərir. "Qalatasaray" transfer pəncərəsində yalnız bacarıqlı deyil, həm də komandanın qaydalarına uyğunlaşan oyunçu tapmağı hədəfləyir.
İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Xəzər"də daha bir veriliş bağlanır
Şou Xəbər

İkardi rekord qırmağa hazırlaşır
Bugun.az

"Vasmoy" bazarı bağlanır -
Son Xeberler
"Qalatasaray" Mauro İkardi ilə müqavilə müddətinin...
Azəri Xəbər

İkardi sevgilisinə görə tənqid edildi
Bugun.az

İkardi “Qalatasaray”dan gedir? - Meneceri danışdı
Bugun.az


