
İstifadəçilər yeni funksiyaya görə “WhatsApp”dan imtina edir

“WhatsApp”ın süni intellektə (AI) əsaslanan çatbotu təqdim etməsi birmənalı qarşılanmayıb.
Metbuat.az xəbər verir ki, istifadəçilər bu sistem vasitəsilə suallarını verməklə anında cavab ala bilərlər. Bu funksiya söhbət ekranında müşahidə edilir və mavi dairənin görünməsi ilə aktivləşdirilir. Lakin bu funksiyanın ekrandan silinə bilməməsi etirazlara səbəb olub. Məlumata görə, buna etiraz edən bir sıra istifadəçilər “WhatsApp”ı siliblər. İstifadəçilər Meta-nın süni intellektlə danışıqların qeydə alınacağını və biznes tərəfdaşları ilə paylaşıla biləcəyini irəli sürüb.
Bu vəziyyət istifadəçilərin məxfiliklə bağlı narahatlıqlarının artmasına səbəb olub. Qeyd edək ki, Meta iddiaları təkzib edərək, danışıqların arxivinin silinə biləcəyini ifadə etmişdi. Yenə də şirkət istifadəçilərə “AI-nin yadda saxlamasını və istifadə etməsini istəmədiyiniz həssas mövzuları paylaşmayın” - deyə bildirib. Yeni funksiya bəzi ölkələrdə əlçatandır
Oxşar xəbərlər

“WhatsApp”da profillərlə bağlı yenilik - Foto yer...
Bugun.az

WhatsApp İstifadəçilərin Ən Böyük Problemini Həll...
Texnologiya xəbərləri

“WhatsApp” bu problemi həll etdi - Yeni söhbət fu...
Bugun.az

WhatsApp Telefon Nömrəsi Olmadan İstifadə Edilə bi...
Bugun.az

"WhatsApp”dan yenilik
Xəbər Anı

“WhatsApp"da mesajlarla bağlı yenilik - Azərbayca...
Bugun.az