
Mark Karni Kanadanın yeni baş naziri olacaq

Kanadada Mark Karni hakim Liberal Partiyasının lideri seçilib. Onun namizədliyini partiya üzvlərinin 85,9 faizi dəstəkləyib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Qeyd olunub ki, inamlı qələbə qazanan Karni hökumətə də başçılıq edəcək. Ümumilikdə səsvermədə hakim partiyanın 400 minə yaxın üzvü iştirak edib.
Bu vəzifə uğrunda mübarizə aparan digər namizədlər keçmiş maliyyə naziri və baş nazirin keçmiş müavini Xristiya Friland 8% və Kanada hökumətinin İcmalar Palatasında (parlamentin aşağı palatası) lideri Karina Quld 3% səs toplayıb.
Karni yalnız hazırkı baş nazir Castin Trüdo general-qubernator Meri Saymona istefa ərizəsi təqdim etdikdən sonra baş nazir postunu tutacaq.
Oxşar xəbərlər

Musk - Zuckerberg qəfəs döyüşünün keçiriləcəyi yer...
Ən Son Xəbərlər

Mark Eliyahu Bakıya gəlir
Bugun.az

Hakan Fidan Mark Rubio ilə müzakirə apardı
Bugun.az

Trüdo Trampın təhdidinə sərt cavab verdi
Bugun.az

Bu ölkədə hicab taxan qadınlar
Son Xeberler

Trüdo ilə Makron Qarabağı müzakirə etdi
Son Xeberler