
Məhkəmədən tiktokerlər Nuh və "Xan" barəsindəqərar

Polis tərəfindən keçirilən "TikTok" əməliyyatlarında saxlanılan "Xan" ləqəbli tiktoker Əsgər Əlizadənin və digər tiktoker Nuh Məmmədzadənin həbs müddəti uzadılıb.
Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, hər iki tiktokerin həbs müddəti Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 2 ay daha uzadılıb.
Qeyd edək ki, "Xan" ləqəbli tiktoker Əsgər Əlizadə 2024-cü ilin dekabr ayında saxlanılıb və Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham olunub və barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Eyni ittihamla saxlanılan digər tiktoker Nuh Məmmədzadə də 4 ay müddətinə həbs edilmişdi. Onun da həbs müddəti 2 ay uzadılıb.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Sinif yoldaşının ölümündə təqsirləndirilən yeniyet...
Azəri Xəbər

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna...
Azəri Xəbər

"TikTok"da çirkli pulları yuyurlar? - AÇIQLAMA
Bugun.az

"OBA Market MMC" "Arxivçi" vakansiyası elan edir!
Edumap.az Təhsil Portalı

Bakıda tanınmış müğənni axtarışa verildi
Bugun.az

Google Chrome'un qiyməti müəyyənləşdirildi?
Texnologiya xəbərləri


