Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Mercedes"dən avtomobil rəngini fərdiləşdirən texnologiya - FOTO

11.12.2024 18:25 134 baxış sayı 2 dəq. oxuma Metbuat
"Mercedes"dən avtomobil rəngini fərdiləşdirən texnologiya - FOTO

"Mercedes-Benz" şirkəti avtomobillərin rəngini fərdiləşdirən yeni "PixelPaint" texnologiyasının tətbiqinə başlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "Mercedes-Benz" fərdiləşdirilmiş avtomobillərə artan marağı nəzərə alaraq Almaniyanın Zindelfingen şəhərindəki "Factory 56" zavodunda yerləşən Manufaktur Studiyasını genişləndirib.

Şirkətin inkjet printerlərdən ilhamlanaraq inkişaf etdirdiyi "PixelPaint" texnologiyası boyanı yüksək dəqiqliklə avtomobilin səthinə tətbiq edir. Bu texnologiya sayəsində sadə xətlər əvəzinə müştərilərin tam olaraq istədiyi dizayn və naxışlar avtomobil üzərinə işlənə bilir.

Manufaktur Studiyasında həyata keçirilən fərdiləşdirmə xidməti hazırda gündə 20 avtomobilə tətbiq edilir. Bu xidmət 2025-ci ildən S-Class modelləri üçün genişlənəcək. "PixelPaint" sayəsində "Maybach" loqoları və digər xüsusi dizaynlar daha asan və dəqiq şəkildə işlənir.

Hazırda yalnız kapota tətbiq edilən bu texnologiya gələcəkdə avtomobilin bütün səthini əhatə edəcək. Şirkət "PixelPaint" ilə avtomobilləri şəxsi imza, foto və məşhur brendlərin naxışları ilə bəzəməyi planlaşdırır.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: