
Messi Dünya Çempionatında oynayacaq?

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı ildə keçiriləcək Dünya Çempionatında iştirak edib-etməyəcəyi barədə mövqeyini bildirib. Ulduz futbolçu NBC-yə müsahibəsində mundialda oynamağın onun üçün möhtəşəm hiss olduğunu və bunu çox istədiyini deyib. Lakin o, hələ yekun qərarını verməyib. Messi qeyd edib ki, o, qərarını “Inter Mayami” ilə növbəti mövsümə hazırlaşarkən fiziki vəziyyətinə uyğun olaraq verəcək.
Kapitan öz karyerasında qarşılaşdığı çətinliklərdən danışıb və yaşın gətirdiyi dəyişikliklərə toxunub. O, bəzən ağlının ayaqlarından daha sürətli işlədiyini dilə gətirib. “Yaşlandıqca bəzi xüsusiyyətlərini itirirsən: sürət, refleks, qərar vermə. Bəzən ağlın ayaqlarından daha sürətli işləyir. Mən isə həmişə bu boşluqları doldurmağa çalışmışam,” – deyə argentinalı ulduz vurğulayıb.
Qeyd edək ki, Messi hazırda ABŞ-nin MLS liqasında çıxış edir. O, 2023-cü ildən bəri formasını geyindiyi “Inter Mayami” heyətində 83 oyunda meydana çıxıb. Bu matçlarda kapitan rəqib qapılarına 73 qol vurub və komanda yoldaşlarına 36 qol ötürməsi edib. Onun 2026-cı ildə Şimali Amerikada keçiriləcək Dünya Çempionatında iştirak etməsi, ilk növbədə, gələcək mövsüm ərzində göstərəcəyi fiziki hazırlıq səviyyəsindən asılı olacaq.
İdman biznesindəki prosesləri izləyirəm - transfer bazarı, sponsorluq müqavilələri, idman marketinqi. Futboldan əlavə biznes tərəfi də maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Özbəkistan millisi ilk dəfə dünya çempionatında oy...
Bugun.az

Ziya Babaşov U-23 Dünya Çempionatında qızıl medal...
Azəri Xəbər

Azərbaycan Güləşçiləri Dünya Çempionatında 8 Medal...
Bugun.az

Messi və komanda yoldaşlarının Bakı tədbirinə 10 m...
Bugun.az

Hidayət dünya çempionatında mübarizəni dayandırdı
Bugun.az

Milli İdmançı Toprak Razqatlıoğlu 2025 Dünya Super...
Son Xeberler


