Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Məzmun dəyişib, amma müəllimlər yenə eyni şeyi keçir - Nazir

11.09.2025 07:25 19 baxış sayı 1 dəq. oxuma Metbuat
Məzmun dəyişib, amma müəllimlər yenə eyni şeyi keçir - Nazir

“Dərsliklərdə elə mətn qoyulmalıdır ki, uşaqların oxuyub anlama qabiliyyəti artsın. Şeir əzbərləmək hələ oxuyub anlama qabiliyyətinin yüksək olması demək deyil”.

Metbuat.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, bəzən dərsliklərdəki şeirlər çox yaxşı olsa da, uşağın oxuyub anlama qavrayışına xidmət etmir: “Bizim arqumentimiz odur ki, oxuyub anlamanı məktəbdə keçmirlər. Şeir əzbərləmək təbii ki, olmalıdır, uşaq keçməlidir. Bu o demək deyil ki, şeiri keçməsin. Ancaq şeirlə yanaşı, uşaq oxuyub anlamanı da bilməlidir. Fokusumuzu buna yönəltməliyik. Məzmunda da bunu dəyişmişik, amma müəllim yenə də sinif otağına girib eyni şeyi keçir”.

Sevinc İbrahimzadə / Metbuat.az

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: