
Moldova Prezidenti Azərbaycanın diaspor rəhbərini təltif etdi

Moldova Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib.
Metbuat.az Moldova Prezidentinin saytına istinadla xəbər verir ki, təltif olunanlar arasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var. Moldova Prezidenti Maya Sandu Elçin Bayramovu “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edib. Soydaşımız ikitərəfli əlaqələrin inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə bu medalla təltif olunub.
“Moldova-Azərbaycan dostluğu və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikası Azərbaycanlılar Konqresinin prezidenti Elçin Bayramov “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edilib”, - deyə qərarda vurğulanıb.
Prezident Maya Sandu tədbirdə çıxışı zamanı bildirib ki, Moldova təltif olunanların işini yüksək qiymətləndirir.
“Biz sizin gündəlik işinizi yüksək qiymətləndiririk. Bunu qüsursuz etməkdən yorulmayın. Yalnız sizin kimi insanlarla biz cəmiyyəti birləşdirə bilərik, ancaq sizin kimi insanlarla cəmiyyətimizin, ölkəmizin qayğısına qala bilərik”, - deyə dövlət başçısı vurğulayıb.
Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Misir Prezidenti azərbaycanlı alimi birinci dərəcə...
Bugun.az

Əli Hüseynli Macarıstan Prezidenti tərəfindən orde...
Bugun.az

Vuçiç Ceyhun Bayramovutəltif etdi
Bugun.az

Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüş...
Bugun.az

Prezident bu şəxsləri "Şöhrət" ordeni ilə təltif e...
Son Xeberler

TDT ölkələrinin diaspor qurumlarının rəsmiləri üçü...
Azəri Xəbər


