
Mourinyo ulduz futbolçunu razı salmaq üçün şəxsən zəng etdi

"Fənərbaxça"nın PSJ-nin futbolçusu Marko Asensio üçün irəli sürdüyü təklifin detalları dərc edilib.
Metbuat.az xəbər verir ki, "Fənərbaxça" ispaniyalı yarımmüdafiəçi üçün Fransa nəhənginə 15 milyon avro təklif edib. Məlumata görə, PSJ futbolçunu klubdan göndərmək istəyir. PSJ ilə 2026-cı ilə qədər müqaviləsi olan Asensionun klubun planlarında yer almadığı irəli sürülür. Asensio transferində "Fənərbaxça"nın məşqçisi Joze Mourinyonun şəxsən iştirak etdiyi və futbolçunu İstanbula gəlməyə razı salmağa çalışdığı bildirilib. Təcrübəli məşqçinin futbolçuya layihəni təqdim etdiyi və Asensioya komandada mühüm rol vəd etdiyi bildirilib.
Qeyd edək ki, ötən mövsüm "Aston Villa"da icarə əsasında çıxış edən Marko Asensio 21 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Mourinyo "Real"ın ulduzunu “Fənərbaxça”ya gəlməyə...
Bugun.az

Mourinyonun istədiyi dünya ulduzunun adı bəlli old...
Bugun.az

Ronaldo "Qalatasaray"la transfer savaşında - Xəyal...
Bugun.az

Mourinyo Arda Güler Transferi üçün "Real"a Təzyiq...
Bugun.az

"Fənərbaxça" Mourinyonun istədiyi ulduz futbolçun...
Bugun.az

"Fənərbaxça" əfsanə heyət qurur - Mourinyonun istə...
Bugun.az


