Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Müəllimlərin nəzərinə -

30.05.2025 08:25 78 baxış sayı 1 dəq. oxuma Metbuat
Müəllimlərin nəzərinə -

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunan fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “Microsoft Teams” platformasında sınaq imtahanı təşkil olunur.

Metbuat.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, sınaq imtahanının səhifəsi bu gün saat 10:00-dan aktivləşərək 19:00-dək açıq olacaq.

Vurğulanıb ki, bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı var.

Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunur. İmtahan vaxtı başa çatdıqda nəticə avtomatik olaraq ekranda əks olunacaq.

Qeyd edilib ki, virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün deyil.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: