
Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı - RƏSMİ AÇIQLAMA

Bu il də müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün müsabiqənin təşkilində hər hansı maneə olmayacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.
Həmçinin bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilməkdədir.
Ölkədə COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul edildiyi təqdirdə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Oxşar xəbərlər

Valideynlərin nəzərinə - Fevralın 25-dən başlanıla...
Bugun.az

Təhsillə bağlı VACİB QƏRAR: Bu tarixdən dayandırıl...
Son Xeberler

Müəllimlər Günü: Təbriklər və Təşəkkürlər!
Son Xeberler

Şagirdlərin yerdəyişməsi dayandırıldı
Bugun.az

Müəllimlərin işə qəbulu üzrə qeydiyyat başa çatdı
Son Xeberler

Valideynlərin nəzərinə - 25 fevralda başlanacaq
Bugun.az