
"Neftçi" daha bir futbolçunun transferini açıqladı

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.
Klubdan Metbuat.az-a verilən məlumata görə, "ağ-qaralar" ekvadorlu Cordan Rezabala ilə anlaşıb.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika çempionatında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.
Oxşar xəbərlər

"Neftçi" yeni transferini reallaşdırdı
Bugun.az

“Şamaxı” yeni transferini açıqladı
Bugun.az

"Qalatasaray"da mübahisə - Ulduz futbolçunun trans...
Bugun.az

"Neftçi" onu transfer etdi
Bugun.az

“Neftçi”dən yeni transfer -FOTO
Bugun.az

"Neftçi"də Gözlənilməz Dəyişiklik: Samir Abasov Ge...
Bugun.az