Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Nəzakət Məmmədxanova həbs edildi

29.04.2025 10:25 66 baxış sayı 1 dəq. oxuma Metbuat
Nəzakət Məmmədxanova həbs edildi

“Premium Bank” ASC-nin sabiq filial müdiri Nəzakət Məmmədxanova həbs edilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, bankdan 461 min manat mənimsəməkdə təqsirli bilinib.

Onunla birgə bankın baş xəzinədarı da eyni ittihamla mühakimə edilib. Təqsirləndirilən xanımlar ikisi də azadlıqda idi.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Nazakət Məmmədova 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Samirə Əliyevaya isə şərti cəza verilib.

Qeyd edək ki, cinayət hadisəsi “Premium Bank”ın 5 saylı filialında baş verib.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: