
Novruz türk xalqlarının ümumi milli bayramı elan edilə bilər

Türkiyə Macarıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammitində Novruz bayramını bütün türk xalqlarının ümumi milli bayramı elan etməyi təklif etmək niyyətindədir.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə danışıb.
Ərdoğan Novruzun türk xalqlarının tarixində və mədəniyyətində mühüm yer tutduğunu qeyd edərək TDT ölkələrinin bu təşəbbüsü dəstəkləyəcəyinə ümidvar olduğunu ifadə edib.
"Artıq bizim də Novruzu bütün qardaşlarımızla birlikdə qeyd etməyimizin vaxtı çatıb, çünki bir çox ölkələrdə bu gün rəsmi istirahət günüdür. Mayda Macarıstanda keçiriləcək sammitdə Novruz bayramını türk dünyasının vahid milli bayramı kimi qeyd etməyi təklif edəcəyik. Bu bizim birliyimizi və həmrəyliyimizi daha da gücləndirəcək", - o bildirib.
ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...
Bütün məqalələrə baxınOxşar xəbərlər

Novruz bayramında qeyri-iş günlərinin sayı ARTDI
Son Xeberler

Gələn ilin bayram günləri açıqlandı
Son Xeberler

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı...
Son Xeberler

Şuşa şəhərində Novruz bayramı qeyd edilir
Bugun.az

2025-ci ilin bayram günləri müəyyən edildi
Bugun.az

Vladimir Putin İlham Əliyevi təbrik etdi
Bugun.az