
Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM

2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub.
Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz bayramı günlərinin müəyyən edilməsi ilə əlaqədar müvafiq qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-sı da qeyri-iş günü olacaq.
Novruz bayramı ilə əlaqədar 7 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 mart) iş olmayacaq.
Qeyd edək ki, Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər də məlumdur.
Bu il ilk – Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. Daha sonra martın 2-də Od, 9-da isə Yel çərşənbəsi olacaq.
Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.
Oxşar xəbərlər

Gələn ilin bayram günləri açıqlandı
Son Xeberler

Xüsusi karantin planı hazırlanır-
Son Xeberler

Qeyri-iş günləri açıqlandı
Son Xeberler

Həftəsonu qatarlar işləməyəcək -
Son Xeberler

Bu ay Azərbaycanda ardıcıl 6 qeyri-iş günü olacaq
Xəbər Anı

Martda qeyri iş günlərinin sayı
Son Xeberler