Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Nurlan” kafesində nöqsanlar aşkarlandı - FOTO

12.09.2025 13:25 22 baxış sayı 1 dəq. oxuma Metbuat
“Nurlan” kafesində nöqsanlar aşkarlandı - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı şəhərinin Şəhriyar qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Kavus Lələ oğlu Şiralıyevə məxsus “Nurlan” kafesində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Metbuat.az-a verilən məlumata görə, yoxlama zamanı kafedə texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Müəssisədə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, divar səthlərinin təmirsiz olduğu və asan yuyulabilən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, işçi masaların gigiyenik səthə malik olmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: