Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Öz Məkan"da nöqsanlar aşkarlandı -FOTO

15.07.2025 10:25 24 baxış sayı 1 dəq. oxuma Metbuat
"Öz Məkan"da nöqsanlar aşkarlandı -FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, Ələt-Astara magistral avtomobil yolunun 114-cü kilometrliyində fəaliyyət göstərən, fiziki şəxs Vəkil Mikayıl oğlu Ağayevə məxsus “Öz Məkan“ kafesində yoxlama keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Metbuat.az-a verilən məlumata görə, yoxlama zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və kafenin manqal sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: