
Ofisiantların ölümündə Mehdiyev izi - Detallar

Noyabrın 21-də Binəqədi rayonunda yerləşən “Lake Hotel”də dəhşətli hadisə baş verdi. Elektrik cərəyanı vurması nəticəsində həmin obyektdə çalışan dörd nəfər həyatını itirdi. Hadisənin detalları göstərir ki, oteldə işlərin aparılması zamanı ciddi təhlükəsizlik qaydaları pozulub. "Lake Hotel"də ölümlə nəticələnən hadisə ilə əlaqədar hotelin icarədarı Ağasif Verdiyevə qarşı qanuni tədbir görülüb. O, normativ aktların tələblərinə zidd olaraq otelin ərazisində təsərrüfat işləri həyata keçirib və əmək mühafizəsi qaydalarını pozub. Bu səbəbdən A. Verdiyev şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə barəsində həbs qətimkan tədbiri seçilib.
Qəzaya səbəb olan konkret hərəkətlər bəlli oldu. İşçilər pəncərələri silərkən hündürlüyü 5,75 metr olan təkərli isgələdən istifadə edirdilər. Onlar bu yerdən cəmi 5,53 metr hündürlükdən keçən 35 kV-luq yüksək gərginlikli hava xəttini nəzərə almadılar. Təkərli isgələ daşınarkən həmin xəttə toxundu və nəticədə orada işləyən dörd nəfəri elektrik vurdu. Mövcud normalara görə, 35 kV-luq hava xətti yer səthindən ən azı 7 metr yüksəklikdə olmalıdır. Bu fərq göstərir ki, xəttin çəkilişində ilkin pozuntu olub.
Məsələnin mühüm tərəfi odur ki, bu 35 kV-luq hava xətti Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus ərazi üçün çəkilib. Xətt 2009-cu ildə Novxanı qəsəbəsində yerləşən kənd təsərrüfatı sahəsinə enerji vermək məqsədilə quraşdırılmışdı. Həmin 102 hektarlıq torpaq sahəsinin 60 sotunda Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevə məxsus "Friland Vineyards" şərab zavodu icarə əsasında yerləşirdi. Sonrakı illərdə biznesin sahibi dəyişsə də, əlaqələr davam edib. 2016-cı ildə Mehdiyeva Aytac Telman qızının adına "Mərəndə" MMC-ni təsis edib, bir il sonra "Friland Vineyards" həmin müəssisəni alıb. Hazırda bu hüquqi şəxs faktiki olaraq Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.
Qeyd edilən şərab zavodu, üzüm bağları və torpaq sahəsi hələ də həmin standartlara uyğun olmayan 35 kV-luq hava xəttindən enerji alır. Bu hadisə göstərir ki, sabiq PA rəhbəri və onun yaxınları böyük bir biznesə sahiblik edirlər. Həm bu biznesin qurulmasında, həm də onun fəaliyyətinin təmin edilməsində qanun pozuntularına yol verilib. Təhlükəsizlik qaydalarının pozulması dörd insanın həyatına son qoydu. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq işləri aparılır.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Beynəlxalq axtarışa verilən şəxs ölkəyə gətirildi
Bugun.az

Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirməyə...
Azəri Xəbər

Mehdiyev “prezident otağında” kimlərlə görüşüb?
Bugun.az

Rafiq Mehdiyev vəfat etdi - FOTO
Bugun.az

Ramiz Mehdiyev AMEA-da bu qədər maaş alır
Bugun.az
Burun əməliyyatından sonra xəstənin ölümündə təqsi...
Azəri Xəbər


