Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Osimhen ​"Qalatasaray"da qalmaq üçün fantastik tələb irəli sürdü

02.06.2025 10:25 81 baxış sayı 1 dəq. oxuma Metbuat
Osimhen ​"Qalatasaray"da qalmaq üçün fantastik tələb irəli sürdü

"Qalatasaray"ın birdəfəlik transfer etmək istədiyi Viktor Osimhen barədə yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, nigeriyalı ulduzun "Qalatasaray"da qala biləcəyi irəli sürülüb. Keçmiş futbolçu Hasan Şaş Osimhenin "Qalatasaray"dan istədiyi müqavilə tələbləri ilə bağlı diqqətçəkən açıqlamalar verib. İddialara görə, futbolçu "Qalatasaray"dan 5 illik müqavilə tələb edib. Futbolçunun illik 20 milyon avro maaş istədiyini irəli sürülüb. Məlumata görə, "Qalatasaray" futbolçunu transfer etmək istəsə, “Napoli”yə 75 milyon avro ödəməlidir.

Qeyd edək ki, bundan əvvəl Viktor Osimhenin “Əl-Hilal” klubu ilə razılığa gəldiyinə dair iddialar dərc edilmişdi. Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 41 matçda 37 qol və 8 məhsuldar ötürmə ilə çıxış edib.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: