
Osimhen "Qalatasaray"dan gedir? - Sürpriz təklif

"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü Victor Osimhenin adı İngiltərə Premyer Liqasında "Çelsi", "Mançester Yunayted", "Arsenal" və "Nyukasl Yunayted" kimi nəhənglərlə hallanır. Nigeriyalı ulduz bu klublardan birinə transfer edilə bilər.
Metbuat.az xəbər verir ki, "Napoli" 25 yaşlı forvardın sərbəst qalma məbləğini 75 milyon avro olaraq təyin edib. Nigeriyalı futbolçuya bir neçə nəhəng klub maraq göstərdiyi halda "Qalatasaray" da onun transfer hüququnu əldə etmək üçün çalışmalara davam edir.
Qeyd edək ki, sezon əvvəlində gözlənilməz şəkildə Türkiyəyə gələn Osimhen həm Super Liqa, həm də Avropa Liqasında "Qalatasaray"ın uğurlarında əsas rol oynayıb. Osimhen Galatasarayda keçirdiyi 10 oyunda 8 qol vurub, 4 asistlə komandasının ən önəmli futbolçularından birinə çevrilib.
Etiketlər
Oxşar xəbərlər

Osimhenin "Qalatasaray" Macərası Qısa Müddətli Ola...
Son Xeberler

Osimhendən “Qalatasaray”a möhtəşəm jest - Sərvət t...
Bugun.az

Osimheni ulduz futbolçu ilə dəyişmək istəyirlər
Bugun.az

"Qalatasaray" səfərdə qələbə qazandı - Türkiyə Sup...
Bugun.az

Osimhendən İkardiyə hədiyyə
Bugun.az

"Qalatasaray”dan növbəti böyük hesablı qələbə
Bugun.az