Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Osimhendən ​"Qalatasaray" a böyük müjdə - Anlaşdılar

26.06.2025 15:25 42 baxış sayı 1 dəq. oxuma Metbuat
Osimhendən ​"Qalatasaray" a böyük müjdə - Anlaşdılar

"Qalatasaray" Viktor Osimhenin transferi üçün "Napoli" ilə anlaşıb.

Metbuat.az xəbər verir ki, “Napoli” klubu futbolçu üçün “Qalatasaray”a xeyli endirim edib. "Milliyet" qəzetində dərc edilən xəbərə görə, Qalatasaray" futbolçunun 75 milyon avroluq sərbəst qalma məbləğini 50 milyon avroya endirməyi bacarıb. “Napoli” tərəfi bu ödənişin 4 ilə bölünərək hissə-hissə ödəniləcəyini qəbul edib. Bildirilir ki, Osimhenin Səudiyyə Ərəbistanından gələn astronomik təklifləri rədd etməsi və “Napoli” ilə müqaviləsinin 2026-cı ildə yekunlaşması "Qalatasaray"ın əlini gücləndirən amillərdəndi. Avropa nəhənglərinin yüksək sərbəst qalma məbləğini ödəmək istəməməsi də "Qalatasaray"ın transferdə üstünlük qazanmasına səbəb olub.

Viktor Osimhenin transfer barədə qərarını vermədiyi iddia edilir.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: