Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Qalatasaray”a tarixi təklif

18.11.2025 06:42 8 baxış sayı 1 dəq. oxuma Metbuat
“Qalatasaray”a tarixi təklif

İngiltərə nəhəngi "Liverpul" Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Vilfrid Sinqonun xidmətində maraqlıdır. İngilis tərəfi gənc oyunçunu transfer etmək üçün hərəkətə keçib.


Bu transfer baş verərsə, klub üçün böyük əhəmiyyət daşıyacaq. Türkiyə mediası bildirir ki, bu, "Qalatasaray"ın indiyədək əldə etdiyi ən böyük transfer gəliri ola bilər. Belə bir məbləğ "Qalatasaray"ın maliyyə tarixi üçün ciddi dönüş nöqtəsi sayılır.


Türkiyə mətbuatının iddiasına görə, futbolçu Çempionlar Liqasında iki komanda arasındakı matçda "Liverpul"un diqqətini cəlb edib. Həmin oyunda "Qalatasaray" "Liverpul"u məğlub edib. Qeyd edək ki, "Qalatasaray" Vilfrid Sinqonu əvvəllər "Monako" klubundan 30 milyon avroya transfer edib. Müdafiəçi İstanbul klubunun heyətində uğurlu oyun nümayiş etdirir.


C
Motor idmanları müxbiri

Formula 1, avtomobil yarışları və motor idmanları üzrə yazıram. Bakıda Formula 1 yarışları keçirilməyə başlayandan bəri bu maraq daha da böyüyüb.

Bütün məqalələrə baxın
Paylaş: