Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Övladına qarşı zorakılıq edən qadın məsuliyyətə cəlb olundu

18.09.2025 17:25 14 baxış sayı 2 dəq. oxuma Metbuat
Övladına qarşı zorakılıq edən qadın məsuliyyətə cəlb olundu

Sosial şəbəkədə valideynin canlı yayım açaraq azyaşlı övladına qarşı zorakılıq, qeyri-etik ifadələr olan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərli məlumat verib.

O bildirib ki, etdiyi hərəkətlərlə 7 yaşlı övladının həyat və sağlamlığı üçün real təhlükə yaradan 1999-cu il təvəllüdlü Zəminə Qurbanova Bərdə rayonunda müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb:

"Azyaşlı tibbi müayinədən keçirilməsi məqsədi ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxs barəsində isə protokol tərtib edilərək qərar verilməsi məqsədilə məhkəməyə göndərilib. Azyaşlının valideynindən alınaraq sığınacağa yerləşdirilməsi və Z.Qurbanovanın valideynlik hüququndan məhrum olunması üçün müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb".

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: