🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Pakistanda qarşıdurma - Çox sayda ölü var

29.05.2025 19:25 21 baxış sayı 1 dəq. oxuma
Pakistanda qarşıdurma - Çox sayda ölü var

Pakistan təhlükəsizlik qüvvələri Ravalakot bölgəsində yaraqlıların olduğu barədə kəşfiyyat məlumatından sonra əməliyyata başlayıb.

Metbuat.az xəbər verir ki, əməliyyat zamanı qarşıdurma qeydə alınıb. Qarşıdurmada 2 polisin öldüyü, 4 yaraqlının öldürüldüyü açıqlanıb. Polisin məlumatına görə, zərərsizləşdirilən yaraqlılar “Pakistan Talibanı” qruplaşmasının üzvləri olub.

Qeyd edək ki, Pakistanda silahlı hücumlar xüsusilə Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində müşahidə edilir. Hər iki əyalətdə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar təşkil edir.

Paylaş: