
Fransada türklər və ermənilər arasında qarşıdurma

Ermənistana dəstək nümayişləri səbəbindən Fransanın Lion şəhərində magistral yol bağlanıb, erməni və türk qrupları arasında qarşıdurma yaşanıb.
Hadisə yerində olan türk və erməni qrupları arasında baş verən toqquşmada ən az iki nəfər yaralanıb.
Yerli mətbuata görə, 16 yaşlı bir nəfər bıçaqla, 23 yaşlı bir nəfər isə çəkic zərbəsi ilə yaralanıb. Nümayişin keçirildiyi bölgəyə çoxlu sayda təcili yardım cəlb olunub, yaralılar xəstəxanaya aparılıb.
Lion və Marsel şəhərlərini birləşdirən magistral yolda baş verən nümayiş nəqliyyatın səhər saatlarından ikitərəfli olaraq kəsilməsinə səbəb olub, kilometrlərlə tıxac yaranıb.
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Laçının bu kəndləri işğaldan azad olundu
Son Xeberler

Makrondan qalmaqallı açıqlama: “İslam böhran içind...
Son Xeberler

Azərbaycanlılar aksiya keçirir: Ermənilərlə qarşıd...
Son Xeberler

Azərbaycanlılarla ermənilər arasında dava -
Son Xeberler

Fransada üçüncü dəfə karantin tətbiq oluna bilər
Son Xeberler

Fransada koronavirusa yoluxanların sayı 3,75 milyo...
Son Xeberler
 
                                        

