🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Erməni jurnalistdən CAHİL ŞƏRH - Türklər ilk dəfə Axnaxpyurda PEYDA OLUB

12.02.2021 09:54 470 baxış sayı 2 dəq. oxuma
Erməni jurnalistdən CAHİL ŞƏRH - Türklər ilk dəfə Axnaxpyurda

"Türklər ilk dəfə Aknaxpyur kəndində peyda olublar" .

Bu fikirləri Ermənistanın tanınmış jurnalisti Bella Lalayan şəxsi facebook səhifəsində paylaşıb.

Bəs B.Lalayanın ''Aknaxpyur" deyə yazdığı kənd hansı kənddir?

Bu barədə açıqlama verən tanınmış jurnalist Elçin Alıoğlu bildirdi ki, ermənilərin "Aknaxpyur" dedikləri Aşağı Ağdan Ermənistanın İcevan (Karvansaray) rayonundadır.

''Aknaxpyur çar Rusiyası dönəmində Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının kəndi idi. Rayon mərkəzindən 21 km məsafədə yerləşir.

Toponim türk dilində «kiçik, alçaq, çox da hündür olmayan» mənasında işlənən ağ sözü ilə «çöl, səhra, açıq yer» mənasında işlənən dan sözünün birləşməsindən əmələ gəlib. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-cı il tarixli fərmanı kəndin adı ilə dəyişdirilib Morut, 11 noyabr 1970-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək Aknaxpyur qoyulub''.

Paylaş: