
Peres Ançelotti ilə bağlı fikrini dəyişdirdi

“Real Madrid”in məşqçisi Karlo Ançelotti klubdan ayrılacaq.
Metbuat.az xəbər verir ki, Ançelottinin Braziliya millisi ilə razılıq əldə etdiyi bildirilir. İddialara görə, Braziliya Futbol Konfederasiyasının nümayəndəsi Diego Fernandes Ançelotti ilə görüşüb. Ançelotti Braziliya millisini çalışdırmağı qəbul edib. Lakin Ançelottinin mövsümün sonunda və ya klublar arasında keçiriləcək dünya çempionatından sonra “Real”dan ayrılacağı barədə məlumat verilməyib.
Bildirilir ki, Braziliya millisi Ançelottinin mövsümün sonunda milliyə rəhbərlik etməsini istəyir. İddia edilir ki, İspaniya kubokunun finalındakı məğlubiyyətdən sonra “Real” rəhbərliyi yeni məşqçi ilə çalışmaq barədə qərar verib. Bundan əvvəl, Ançelottinin mövsümü kubokla yekunlaşdıracağı təqdirdə klubda qala biləcəyi irəli sürülmüşdü.
Oxşar xəbərlər

Flik: "El Klassiko"da Ançelotti ilə mübahisə haqqı...
Bugun.az

Ulduz futbolçu "Real"a gəlmək istədi - Peres rədd...
Bugun.az

Ançelotti Derbi üçün Yeni Planını Açdı: Arda Güler...
Son Xeberler

Ançelotti və Vinisius arasında gərginlik - “Real”d...
Bugun.az

Steam oyun dünyasını dəyişdirdi!
Son Xeberler

Ançelotti “Real”dan gedir
Bugun.az