🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Premyer Liqa: “Sabah” səfərdə “Şamaxı”nı məğlub etdi

24.08.2025 16:25 1 baxış sayı 1 dəq. oxuma
Premyer Liqa: “Sabah” səfərdə “Şamaxı”nı məğlub etdi

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Sabah”ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

1-ci dəqiqədə qonaqlardan Coy Lens Mikels fərqlənib. 58-ci dəqiqədə Dioqo Balau tarazlığı bərpa edib. 76-cı dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.

Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə bərabərə qalib -1:1. “Sabah” - “Qarabağ” oyunu isə təxirə salınmışdı.

Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” - “Zirə” matçı ilə yekun vurulacaq.

Paylaş: