
Prezident onu məhz bu xahişə görə əfv edib

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin əfv etdikləri arasında Fransa Respublikasının vətəndaşı - 1986-cı ildə anadan olmuş Clerc Theo Hugo da var. O, 2024-cü ildə Bakıda metro divarlarını yazdığı üçün 3 il müddətinə həbs edilmişdi.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, onun əfv olunması üçün Azərbaycana müxtəlif yerlərdən xahişlər daxil olub.
“AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Bakı səfəri zamanı Prezident İlham Əliyevlə görüşdə belə bir xahiş edib və rəsmi Bakı buna müsbət yanaşıb. Onun əfv olması Fransaya görə yox, məhz bu xahişə görə baş tutub", - mənbə bildirib.
Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Rusiya Ukraynadakı münaqişənin həllində çevikliyə...
Azəri Xəbər

Natiq Məmmədli: Media öz işini dili qorumaq istiqa...
Azəri Xəbər

Prezident İlham Əliyev: Sülh gündəliyinin təşəbbüs...
Azəri Xəbər
İlham Əliyev: Biz gənc nəsli vətənpərvərlik, Vətən...
Azəri Xəbər

Prezident İlham Əliyev əsl liderlik nümunəsi göstə...
Azəri Xəbər

Nigeriyanın Müdafiə Naziri Məhəmməd Badaru Abubaka...
Son Xeberler


