Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

PSJ-dən sonra daha bir nəhəng klub Ardanı istəyir

19.02.2025 15:25 121 baxış sayı 1 dəq. oxuma Metbuat
PSJ-dən sonra daha bir nəhəng klub Ardanı istəyir

"Barselona"nı yox, "Real Madrid"i seçən Arda Güler seçiminə görə peşman olub.

Metbuat.az xəbər verir ki, Arda əsas heyətə düşmədiyinə görə məşqçi Karlo Ançelottidən narazıdır. Bildirilir ki, təcrübəli çalışdırıcı Arda ilə bir neçə dəfə görüşüb və ona səbirli olmağı tövsiyə edib. Bəiz mənbələrin iddiasına görə, Ançelotti Ardanı əsas heyət oyunçusu hesab etmir və futbolçunun oynamaq şansı digər oyunçuların zədələrindən asılıdır. Klub prezidenti Florentino Peresin Ardanın komandada qalmasını dəstəklədiyi lakin əhəmiyyətli təklif gələrsə, Ardanın başqa komandaya keçməsinə mane olmayacağı bildirilir. İddialara görə, PSJ ilə adı hallanan Ardanın xidmətində “Bavariya” klubu da maraqlıdır. Ardanın Karlo Ançelottinin klubda qalacağı təqdirdə başqa kluba keçəcəyi iddia edilir.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: