🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Qabiliyyət imtahanları üçün qeydiyyatdan keçənlərin sayı açıqlandı

24.06.2025 06:25 7 baxış sayı 1 dəq. oxuma
Qabiliyyət imtahanları üçün  qeydiyyatdan keçənlərin sayı açıqlandı

Ali təhsil və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üçün 36778 abituriyent qeydiyyatdan keçib.

Metbuat.az xəbər verir ki, bunu DİM-in sektor müdiri Eltun Süleymanov deyib.

"Ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlayıb. İmtahanlar hazırda 3 istiqamət üzrə davam edir, musiqi ixtisası üzrə imtahanlar isə iyulun 1-dən başlayacaq. İmtahanların idarə olunmasında DİM-lə yanaşı müxtəlif nazirliklərin, ali və orta ixtisas təhsil müəssisələrinin və digər komitə və təşkilatların ekspertləri də imtahanın qiymətləndirilməsində iştirak edirlər",- o qeyd edib.

O bildirib ki, imtahanlar avqustun ortalarına qədər davam edəcək.

Paylaş: