“Yüksəliş”in əyani mərhələsinin imtahanları keçirildi
Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin imtahanları keçirilib. İmtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə 11 regionda təşkil olunmuş 24 imtahan mərkəzində aparılıb. Əyani mərhələyə keçmiş 940 namizəddən 867 nəfəri imtahana qatılıb.
Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata görə, əyani mərhələ “Qabiliyyət üzrə yoxlama” və “İdarəetmə bacarıqları” üzrə 2 imtahandan ibarət olub.
Qaydalara əsasən, 2 saat ərzində keçirilən “Qabiliyyət üzrə yoxlama” imtahanında iştirakçılardan onlayn mərhələnin qabiliyyət imtahanında doğru cavablandırdığı sualların ümumi sayının ən azı 70%-ni, bloklar üzrə ayrı-ayrılıqda doğru cavablandırdığı sualların isə ən azı 50%-ni təkrar etmək tələb olunub. Əyani mərhələnin imtahanlarına qatılan 867 namizəddən 728 nəfəri “Qabiliyyət üzrə yoxlama imtahan”ından uğurla keçərək “İdarəetmə bacarıqları üzrə imtahan”na buraxılıb.
Qeyd edək ki, əyani mərhələnin “Qabiliyyət üzrə yoxlama imtahanı”nın nəticələri iştirakçılara həmin gün təqdim olunub. “İdarəetmə bacarıqları üzrə imtahan”ın nəticələri 2 həftə müddətində yoxlanılıb iştirakçıların şəxsi elektron kabinetinə göndəriləcək. İmtahanlarda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinalda iştirak etmək hüququ qazanacaq.
Etiketlər
Oxşar xəbərlər
Buraxılış və qəbul imtahanları təxirə salınacaq
Son Xeberler
"Qarabağ"ın rəqibi bilindi
Son Xeberler
Daha 7 məktəb distant təhsilə keçirildi
Son Xeberler
Daha 4 məktəb distant təhsilə keçirildi
Son Xeberler
Qəbul imtahanları ilə bağlı yekun QƏRAR VERİLDİ -
Son Xeberler
Məktəblərdə əyani tədris yenidən dayandırılır? -
Son Xeberler