Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Qalatasaray"dan sonra ​"Fənərbaxça" da transfer bombasını "partladır"

13.06.2025 15:25 52 baxış sayı 1 dəq. oxuma Metbuat
"Qalatasaray"dan sonra ​"Fənərbaxça" da transfer bombasını "partladır"

"Fənərbaxça" “Tottenhem”in futbolçusu Heung-min Sonu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, Joze Mourinyo “Tottenhem”də çalışdığı vaxt təriflədiyi Heung-min Sonun transfer edilməsi barədə istəyini Ali Koça çatdırıb. Məlumata görə, futbolçu özü də “Tottenhem”dən ayrılmaq istəyir. Məlumata görə, futbolçunun nümayəndələri eyni zamanda Joze Mourinyo ilə işləyir. Nümayəndələr "Fənərbaxça"nın “Tottenhem”lə razılığa gələcəyi təqdirdə futbolçunun transferə razılıq verəcəyini ifadə edib.

Futbolçu "Fənərbaxça"dan 12 milyon avro məvacib tələb edib. Heung-min Son “Tottenhem”də illik 6 milyon avro məvacib alır. Onun “Tottenhem”lə müqaviləsi gələn mövsümün fasiləsində yekunlaşır.

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: