Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Qalatasaray” tanınmış futbolçunu gizli şəkildə transfer etdi

06.02.2025 18:25 113 baxış sayı 1 dəq. oxuma Metbuat
“Qalatasaray” tanınmış futbolçunu gizli şəkildə transfer etdi

Viktor Nelssonu “Roma”ya göndərən “Qalatasaray” mərkəz müdafiə xəttini gücləndirib.

Metbuat.az xəbər verir ki, “Qalatasaray” "Genk"lə Karlos Kuestanın transferi üçün 8 milyon avroya razılaşıb. Məlumata görə, transfer iddialarının mediada dərc edilməsindən sonra “Qalatasaray” azarkeşləri futbolçunun transferinə narazılıq ediblər. İddia edilir ki, buna görə də, klub futbolçunu gizli şəkildə artıq Türkiyəyə gətirib. Futbolçu ilə 3,5 illik müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, “Genk”də çıxış edən Karlos Kuesta bu mövsüm 13 matçda 835 dəqiqə meydanda olub. Kuesta karyerası ərzində 21 dəfə Kolumbiya millisində də çıxış edib. Digər tərəfdən, "Qalatasaray" yeni transferlər Alvaro Morata, Mario Lemina və Karlos Kuestanı adını UEFA siyahısına yazdırmaq üzrədir.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: