🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Qarabağ" finala yüksəldi - Azərbaycan Kuboku

23.04.2025 16:25 11 baxış sayı 1 dəq. oxuma
"Qarabağ" finala yüksəldi - Azərbaycan Kuboku

Futbol üzrə Azərbaycan Kubokunda "Araz-Naxçıvan"a qalib gələn "Qarabağ" finala yüksəlib.

Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan yarımfinal mərhələsinin cavab oyununda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Yassin Benzia (65) Nəriman Axundzadə (70) və Toral Bayramov (77-p) fərqləniblər.

Tərəflər arasında ilk matçda Naxçıvan təmsilçisi qələbə qazanmışdı- 1:0.

"Qarabağ" həlledici mərhələdə "Sabah" - "Neftçi" cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün saat 20:00-da start götürəcək. Birinci oyunda "bayquşlar" "ağ-qaralar"ı 2:1 hesabı ilə üstələyiblər.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Paylaş: