Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Qarabağ” səfərdə “Elfsborq”a məğlub oldu - Avropa Liqası

12.12.2024 22:25 145 baxış sayı 2 dəq. oxuma Metbuat
“Qarabağ” səfərdə “Elfsborq”a məğlub oldu - Avropa Liqası

"Qarabağ" UEFA Avropa Liqasında İsveçin "Elfsborq" klubuna məğlub olub.

Metbuat.az-ın məlumatına görə, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.

"Buros Arena"da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.

***

01:24

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda hesab açılıb.

Metbuat.az xəbər verir ki, "Buros Arena"da keçirilən matçda meydan sahibləri hesabıda irəli çıxıblar - 1:0.

57-ci dəqiqədə Ahmed Kasem fərqlənib.

***

01:03

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Metbuat.az xəbər verir ki, Buros şəhərindəki "Buros Arena"da keçirilən matçda hesab açılmayıb.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

***

00:46

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Metbuat.az xəbər verir ki, Buros şəhərindəki "Buros Arena"da keçirilən matçda hesab açılmayıb.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

***

00:01

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyunu start götürüb.

Metbuat.az xəbər verir ki, qarşılaşma Buros şəhərindəki "Buros Arena"da keçirilir.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: