Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qatarın adam vurması ilə bağlıRƏSMİ AÇIQLAMA

01.04.2025 08:25 71 baxış sayı 2 dəq. oxuma Metbuat
Qatarın adam vurması ilə bağlıRƏSMİ AÇIQLAMA

Bu gün saat 08:31-də "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus sərnişin qatarı Xırdalan-Biləcəri istiqamətində hərəkətdə olarkən dəmiryol xəttinin üzərinə qəfil insan çıxıb.

Metbuat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata əsasən, maşinist təcili tormozlama aparsa da, hadisə qaçılmaz olub və piyada xəsarət alıb. Qatar hərəkətinə gecikmə ilə davam edib.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır və qanunvericiliyin tələblərini diqqətə çatdırır.

“Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Bu zaman xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli, texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməli, piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına, həmçinin dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız qatar keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər”, - deyə məlumatda bildirilir.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: