🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Qərb ölkələri HTŞ ilə əməkdaşlığa açıq olduğunu bəyan etdi

17.12.2024 19:25 3 baxış sayı 1 dəq. oxuma
Qərb ölkələri HTŞ ilə əməkdaşlığa açıq olduğunu bəyan etdi

Suriyada Heyət Təhrir əl-Şam təşkilatının rəhbərlik etdiyi müxaliflərin Dəməşqdə nəzarəti ələ keçirməsindən sonra Qərblə diplomatik danışıqlar başlayıb.

Metbuat.az xəbər verir ki, HTŞ lideri Colani Böyük Britaniya, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq diplomatlarla görüşərək Suriyadakı hadisələr barədə danışıqlar aparıb. HTŞ liderinin qərb ölkələrinin nümayəndələri ilə danışıqları davam etdirəcəyi deyilir. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Fransa daxil olmaqla bir çox Avropa ölkəsi HTŞ liderliyindəki müvəqqəti hökumətlə əməkdaşlığa açıq olduqlarını bəyan ediblər.

Almaniya mətbuatında yer alan xəbərlərə görə, bir qrup alman diplomat Dəməşqə səfər edərək, yeni hökumətin rəsmiləri ilə bir araya gələcək. Fransa da Suriyaya diplomatlarını göndərəcək.

Paylaş: