Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qəzadan sağ çıxan yeganə sərnişin DANIŞDI

12.06.2025 19:25 42 baxış sayı 1 dəq. oxuma Metbuat
Qəzadan sağ çıxan yeganə sərnişin DANIŞDI

Hindistanın qərbində qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” tipli sərnişin təyyarəsində möcüzəvi şəkildə bir nəfər sağ qalıb.

Metbuat.az xəbər verir ki, yeganə sağ qalan sərnişin - Böyük Britaniya vətəndaşı Vişvas Kumar Rameşin kimliyi artıq rəsmən təsdiqlənib. Onun adı həm səlahiyyətli qurumların yaydığı rəsmi siyahıda, həm də təyyarəyə minmə sənədlərində yer alıb.

Hazırda Vişvas xəstəxanada müayinə və müalicə altındadır. Jurnalistlərlə qısa söhbətində o, baş verən faciəni belə xatırlayıb:

“Təyyarə havaya qalxdıqdan təxminən 30 saniyə sonra güclü bir səs eşidildi. Ardınca qəza baş verdi. Hər şey bir göz qırpımında oldu”.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: