Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Yoldaşım da yanımda idi" - Təyyarədən sağ çıxan DANIŞDI

26.12.2024 05:25 154 baxış sayı 1 dəq. oxuma Metbuat
"Yoldaşım da yanımda idi" - Təyyarədən sağ çıxan DANIŞDI

Təyyarə qəzasından sağ çıxan zaqatalalı Nurullah Siracovun xəstəxanadan videosu yayılıb.

Metbuat.az xəbər verir ki, qəza nəticəsində xəsarət alan Zaqatalanın Danaçı kənd sakini Nurullah Siracov həyat yoldaşı Müslümət Siracova ilə birlikdə səfər edirmiş.

O, hadisə anını belə xatırlayıb:

"Həyat yoldaşım yanımda idi. Təyyarə düşəndən sonra onu tapa bilmədim. Hələ də ondan xəbərim yoxdur".

Qeyd edək ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Müslümət Siracovanın adı həlak olanların siyahısında yer alıb.

S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: